İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın itkiləri 30 minə çatır, Putin harada dayanacaq? - CANLI

701 23.05.2022 14:26 Gündəm A A

Ukraynada müharibənin üç ayı tamam olur. Britaniya Müdafiə Nazirliyi məlumat yayıb ki, müharibənin ilk üç ayında Rusiyada ölənlərin sayı Əfqanıstanda doqquz illik müharibə zamanı Sovet İttifaqında ölənlərin sayı ilə eynidir. SSRİ ordusu Əfqanıstanda 15 min itki verib, 54 min əsgər yaralanıb. Ukrayna isə 89 gün ərzində Rusiyanın 29,2 min əsgər itirdiyini elan edib.

Putin Ukraynanı bir həftə ərzində işğal edəcəklərini düşünürdü. Müharibə başlayandan bir ay sonra ruslar anladılar ki, ilkin planı dəyişmək lazımdır və ona görə də bütün hərbi imkanlarını Ukraynanın şərq və cənub istiqamətində həyata keçirəcəkləri hücüm əməliyyatlarına cəmlədilər. Hazırda həmin istiqamətlərdə şiddətli döyüşlər gedir.

TVMusavat-ın efirində aparıcı Emil Salamoğlu ilə Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan müharibənin üç ayının yekunlarını dəyərləndirir. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR