İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın elit qüvvələri Ukraynada məhv edilib - Rus komandanlarından dəhşətli səhv

3579 26.05.2022 16:51 Gündəm A A


“Rus komandanların Ukraynanın gücünü düzgün dəyərləndirməməsi Rusiyanın elit qüvvələrinin ciddi itkilər verməsinə səbəb olub”.

Bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb. Bildirilib ki, Kiyevə uğursuz hücum cəhdi, İzyum şəhəri yaxınlığında rus hərbi karvanının dayandırılması və digər uğursuzluqlar rus komandanlarının səhv qərarlarının nəticəsidir.

Məlumata görə, uğursuzluğun əsas səbəblərindən biri hava-desant qüvvələrinin Ukrayna ordusu qarşısında məğlub olmasıdır.

Bildirilir ki, Rusiya, elit qüvvələrin həmləsinə daha çox güvənirdi. Məlumata görə, Rusiya elit qüvvələri hesab edilən birlikdə 45000 min hərbçinin olduğu güman edilir.**Metbuat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR