İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın bu ərazidə qurduğu 30 kilometrlik “Çar qatarı” ilə bağlı ŞOK TƏFƏRRÜAT - FOTO

1717 12.02.2024 18:48 Son xəbər A A

Rusiya Donetsk vilayətində Yelenovka və Volnovaxa arasında 30 kilometrlik “Çar qatarı”nın Ukraynanın gələcək hücumlarına qarşı müdafiə xətti kimi yaradıb.

Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) ekspertləri məlumat veriblər.

Təhlilçilər fərz edir ki, Rusiya qoşunları Ukraynanın gələcək hücumlarına qarşı müdafiə xətti kimi xidmət etmək üçün işğal olunmuş Donetsk bölgəsində “Çar qatarı” adlı 30 kilometrlik sədd inşa ediblər.

Hesabatda qeyd olunur ki, 2023-cü il mayın 10-u və 2024-cü il fevralın 6-sı və 10-na aid peyk çəkilişləri göstərir ki, son doqquz ay ərzində Rusiya qoşunları işğal altındakı Yelenovkadan Volnovaxaya qədər vaqonlar düzüblər. “DeepState”in məlumatına görə, rus qoşunları 2100-dən çox yük vaqonunu 30 kilometrlik xəttə yığıblar.

Məlumata görə, Rusiya qoşunları qatarı 2023-cü ilin iyulunda yığmağa başlayıb. Çox güman ki, işğalçılar bu qatardan Ukraynanın gələcək hücumlarına qarşı müdafiə xətti kimi istifadə etmək niyyətindədirlər. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR