İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalıların Türkiyə əmlak bazarına “hücumu” yenidən sürətləndi

1007 11.10.2022 14:20 İqtisadiyyat A A

Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra bu ölkə vətəndaşlarının Türkiyənin daşınmaz əmlak bazarına marağı daha da artıb. Ukraynaya hücumm başlayandan Türkiyənin turizm bölgələrinə daşınmaz əmlak almaq üçün axışan rusiyalıların sayı son 2 həftədə daha çox artıb.

Musavat.com “Garnet” investisiya şirkətinə istinadən xəbər verir ki, bütün bazar şirkətləri rusiyalıların Türkiyədən əmlak alması prosesinin pik nöqtəsinə iyun-iyulda çatdığını hesab etsələr də, son iki həftədə müşahidə olunan aktivlik pikin hələ əldə olunmadığını göstərir.

Bu ilin avqustunda Rusiya vətəndaşları Türkiyədə 1,3 min daşınmaz əmlak əldə ediblər. Ümumilikdə ilin əvvəlindən bəri Türkiyədə alınan əmlakın sayı 8,1 min ədədə çatır. İlin birinci yarısında rusiyalılar Türkiyədə bütün 2021-ci il ərzində aldıqlarından 50 faiz daha çox əmlaka sahibləniblər.

“Garnet”də hesab edirlər ki, yeni dalğa ilin sonunadək davam edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR