İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı tarixçidən Qarabağla bağlı SENSASİON AÇIQLAMA

2939 16.05.2023 15:50 Region A A

“Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra delimitasiya bəyanatı o deməkdir ki, hələ də rəsmi sərhəd yoxdur və bu, erməni tərəfi üçün pisdir”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu rusiyalı tarixçi, ermənipərəst ekspert Modest Kolerov deyib.

Onun sözlərinə görə, Brüssel razılaşması ölkələr arasında sərhədin hətta xəritədə belə olmadığını göstərir, bu da onun istənilən vaxt güc yolu ilə müəyyən edilə biləcəyini nümayiş etdirir.

“Heç bir delimitasiya olmasa, hər şey mümkündür və bu, ən pis nəticədir. Delimitasiya sazişinin özü sərhədin olmadığının etirafıdır və bu tanımadan sonra İrəvan Azərbaycanı sərhədləri pozduğuna görə qınaya bilməyəcək”, - deyə Modest Kolerov qeyd edib.

Kolerova görə, Qərb bölgədə delimitasiya ilə yalnız nəzəri təsəvvürlərə malikdir.

Onun fikrincə, İrəvan artıq Qarabağdan əl çəkib, Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsi məsələsi ilə bağlı Brüssel görüşündə də özü üçün irəliyə doğru bir addım atmayıb.

“Əgər yaxın vaxtlara qədər Ermənistanla Azərbaycan arasında münasibətlərdə əsas məsələ Qarabağ idisə, indi delimitasiya məsələsidir. Qarabağ məsələsinin delimitasiya məsələsi ilə əvəzlənməsi fəlakətdir”, - deyə rusiyalı tarixçi yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR