İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı şovinist deputat Müslüm Maqomayevə dil uzatdı

1786 30.03.2024 14:10 Dünya A A

"Mən inanıram ki, Crocus City Hall-da yüzdən çox insanın öldüyü yer üçün yeganə mümkün tikili yalnız kilsə ola bilər. İnsanların bu qeyri-insani terror hücumunun qurbanlarını dua ilə xatırlayacaqları pravoslav kilsəsi".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlərin müəllifi Rusiya Dövlət Dumasının deputatı, şovinist Vitali Milonovdur.

“Və orada mağaza, yeni konsert zalı və ya hansısa memorial yaratmaq cəhdləri qəbuledilməzdir. Hətta Müslüm Maqomayevi də yad emtək lazım deyil. Müslüm Maqomayev mahnı oxumaqdan başqa hansı şücaət göstərib? Bəli, o, sovet bəstəkarları və şairləri tərəfindən yazılmış mahnılar oxyub. Sadəcə olaraq istedadlı insan olmasından başqa heç bir şəxsi keyfiyyəti yoxdur”,-deyə Milonov söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR