İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı “qara təbliğatçı”nın öldürülməsində ŞOK FAKTLAR FOTO

1000 03.04.2023 13:11 Son xəbər A A

Xəbər verildiyi kimi, Rusiyanın populyar hərbi blogeri və Ukraynada aparılan müharibənin “qara təbliğatçısı” Vladlen Tatarski Sankt-Peterburqda bir barda öldürülüb. Rusiya mətbuatı hadisədə Ukrayna xüsusi xidmət orqanlarını günahlandırmağa başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, insidentlə bağlı başqa maraqlı faktlar ortaya çıxıb.

Məlum olub ki, Tatarskinin öldürüldüyü barı “Vaqner” ÖHŞ-nin sahibi Yevgeni Priqojinin keçmiş kürəkəni idarə edirmiş. Üstəlik, həmin bar Vladimir Putinin mənzilindən 1,5 km məsafədə yerləşir.

2010-cu ildən kafe “Concord Management and Consulting” şirkətinə məxsus olub. Bu şirkətin təsisçisi və direktoru Yevgeni Priqojindir. Əvvəllər onun “Rus Kitsch” restoranı burada yerləşib, lakin 2016-cı ildə “Vaqner”in sahibi müəssisəni bağlamaq qərarına gəlib. Lakin Priqojinə yaxın adamlar əvvəlcə yeni sahiblərlə hər hansı əlaqəni inkar ediblər. Priqojin özü hadisədən bir gün əvvəl kafeni “Cyber Front Z” vətənpərvər hərəkatına verdiyini söyləyib.

Vaxtilə barın sahiblərindən biri və meneceri Aleksandr Sklyarov olub. Rusiya mediası həmin şəxsin bir vaxtlar Yevgeni Priqojinin qızının avtomobilini etdiyini və mütəmadi olaraq yol hərəkəti qaydalarını pozduğunu yazır. Sklyarov həm də Polina Priqojinanın keçmiş əridir. Bu barədə “Putinin aşpazı”nın ailəsi ilə tanış olan mənbə məlumat verib. Onun sözlərinə görə, bir neçə il əvvəl cütlük qalmaqalla boşanıb, bundan sonra Sklyarov Priqojinin restoranının meneceri olmaqdan çıxıb. Partlayan restoran Putinin keçmiş mənzilindən cəmi 1,5 km aralıda – “Vasilyevski adası 2-ci xətt, 17” ünvanında yerləşir. İndi onun sahibi Rusiya prezidentinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayadır.

Musavat.com

WhatsApp Image 2023-04-03 at 12.56.51 (1).jpeg (288 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR