İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı milyarder Fərhad Əhmədov Aİ-yə qarşı məhkəmədə qalib gəlib

879 30.05.2024 10:54 Dünya A A

Lüksemburq məhkəmə orqanının mayın 29-da internet saytında dərc olunmuş qərarına əsasən, 2023-cü ilin sentyabrında Avropa İttifaqının sanksiyalar siyahısından çıxarılan rusiyalı iş adamı Fərhad Əhmədov Aİ Şurasına qarşı məhkəmədə qalib gəlib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Aİ Şurasına Əhmədova qarşı 2022-ci il aprelin 8-dən tətbiq edilən məhdudiyyətlərlə bağlı bütün qərarları ləğv etmək tapşırılıb.

Məhkəmə həmçinin Avropa İttifaqı Şurasının öhdəsinə bu iş üzrə bütün məhkəmə xərclərini ödəməyi qoyub.

2023-cü ilin sentyabrında Avropa İttifaqı Şurası “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqini, sahibkarlar Fərhad Əhmədovu və Qriqori Beryozkini, həmçinin mərhum polkovnik Georgi Şuvayevi şəxsi sanksiyalar siyahısından çıxarıb. Onların qara siyahıdan çıxarılmasının səbəbləri açıqlanmayıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR