İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı iş adamı Danimarka Mərkəzi Bankına 3,5 milyard dollar “atmaq” istədi

667 16.08.2023 19:39 Kriminal A A

Rusiyalı iş adamı Kirill Leonov Danimarka məhkəməsi tərəfindən 3 illik həbslə cəzalandırılıb.

Musavat.com xəbər verir ki, onun cinayəti Danimarka tarixində ən yüksək məbləğdə - 3,5 milyard dollarlıq maliyyə fırıldağı cəhdidir.

Belə ki, Kirill Leonov ötən ilin payızında saxta sənədlər əsasında Danimarka Mərkəzi Bankından 26 milyard kron – 3,5 milyard dollar vəsait əldə etməyə çalışıb.

Cinayət işi materiallarından aydın olur ki, rusiyalı iş adamı keçən ilin oktyabrında tərcüməçi ilə birlikdə Danimarka Mərkəzi Bankına gedərək, bank rəhbərliyilə artıq əldə olunmuş razılaşmanın müzakirəsi üçün görüş istəyib. Bu zaman o, Bankla “Bollington Investments S.R.O.” adlı şirkət arasında imzalanan depozit yerləşdirilməsinə dair müqaviləni də təqdim edib. Bank əməkdaşlarının yoxlamaları zamanı aydın olub ki, Leonovun təqdim etdiyi müqaviləyə guya imza atan şəxslərin bir neçəsi çoxdan bankdan təqaüdə çıxıb, üstəlik, müqavilə dollarla tərtib olunub, Danimarka Mərkəzi Bankı dollarla hesablaşma aparmır.

Məhkəmədə çıxış edən prokuror Maqnus Petersen cinayəti “unikal” adlandırıb. Maraqlıdır ki, K.Leonov özünü günahkar bilmir, sənədlərin saxta olmasından xəbərsiz olduğunu iddia edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR