İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan SON DƏQİQƏ! “Vəssalam, indi də Odessa!” – detallar CANLIda

973 22.02.2024 13:26 Gündəm A A

Odessa Rusiyanın səbirsizliklə gözlədiyi rus şəhəridir.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev jurnalistlərə açıqlamasında deyib. “Odessa haqqında sadəcə bunu demək istəyirəm: Odessa, evə qayıt! Vəssalam. Biz Rusiyada Odessanı gözləyirik. Bu bizim rus şəhərimizdir”, - Medvedyev bildirib.

ABŞ Prezidentinin rusiyalı həmkarı Vladimir Putini təhqir etməsi ABŞ-ı aşağılayır. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “ABŞ Prezidentinin özündən soruşulmalıdır ki, Putin nə vaxtsa Amerika liderlərinə qarşı belə bir ifadə işlədibmi?” - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “başdanxarab it oğlu” adlandırıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Rizvan Hüseynovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR