İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan şok anons: müharibə bu tarixdə bitir CANLI

4656 15.04.2022 15:28 Gündəm A A

Rusiyanın Ukrayna və Donbasdakı xüsusi əməliyyatı tezliklə başa çatacaq. Bunu Rusiya Federasiya Şurasının üzvü Andrey Klimov deyib.

Onun sözlərinə görə, Rusiya xüsusi əməliyyatın keçirilməsini qəsdən uzatmaq niyyətində deyil: “Hərbi mərhələnin başa çatması üçün şərt Ukraynanın Rusiya və dünya üçün təhlükəsiz dövlətə çevrilməsidir. Bunun üçün Rusiya nüvə obyektlərinin təhlükəsizliyini təmin etməli və Ukrayna bioloji laboratoriyalarının işini öyrənməlidir”.

Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan Xocavənd rayonuna gedərək, orada görüş keçirib. Həmin görüşdə bir sıra məsələlərdən danışılıb və ermənilərə vədlər verib.

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti isə məlumat yayıb ki, Araikin bütün səfərlərində iştirak edən Xankəndinin qondarma “meri” bu dəfə görüşdə iştirak etməyib. Bunun səbəbi isə Araiklə David Sarkisyan arasında münasibətlərin pisləşməsi olub.

Qəzet yazır ki, bir neçə gün bundan əvvəl separatçıların Xankəndidəki qərargahında David Sarkisyanla Araik arasında mübahisə yaşanıb. Əvvəlcə yüksək səs tonu ilə başlayan danışıq, sonradan əlbəyaxa davaya çevrilib. Məsələyə mühafizə qarışdıqdan sonra ortalığı sakitləşdirmək mümkün olub. Separatçıların bir-birlərinə əl qaldırmasının konkret səbəbləri bilinmir.

Rəsmi Moskva isə Vaşinqtona nota göndərib və NATO-nun Kiyevə silah tədarükünün Ukraynadakı vəziyyəti gərginləşdirdiyini, gözlənilməz nəticələrə səbəb olacağı xəbərdarlığını edib. Bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, iddia edilən nota ABŞ-ın Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım elanı fonunda göndərilib. Sənəd Rusiyanın Vaşinqtondakı səfirliyi tərəfindən Dövlət Departamentinə təhvil verilib. “Biz ABŞ və onun müttəfiqlərini regional və beynəlxalq təhlükəsizlik üçün gözlənilməz nəticələrə səbəb olan Ukraynanın məsuliyyətsiz hərbiləşdirilməsini dayandırmağa çağırırıq”, - qəzet notadan sitat gətirib. Dövlət Departamenti hələlik bu məlumatı şərh etməyib.

TVMusavat-ın canlı yayınında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı ilə söhbətləşirik. Müzakirəyə tamaşaçılarımız da qatıla bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR