İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan HƏDƏ: "Bizi SSRİ kimi asanlıqla məhv etmək alınmayacaq" - detallar "Canlı debat"da

784 27.02.2023 13:30 Siyasət A A

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “İzvestiya”da dərc olunan məqaləsində yazır ki, Qərb 31 il əvvəl SSRİ-ni etdiyi kimi, Rusiyanı da problemsiz məhv etməyin mümkün olacağı ilə bağlı yanılır.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Medvedyey “yıxılan imperiya dünyanın yarısını, hətta daha çoxunu öz xarabalıqları altında basdırır” tarixi prinsipinə diqqət çəkib. “Görünür, əvvəlcə SSRİ-ni dağıdanlar, indi isə Rusiya Federasiyasını dağıtmağa çalışanlar bunu başa düşmək istəmirlər. Onlarda aldadıcı illüziyalar var ki, Sovet İttifaqını bir güllə belə vurmadan o biri dünyaya göndərdikləri kimi, indi də Rusiyanı özləri üçün ciddi problem olmadan dəfn edə biləcək, münaqişədə iştirak edən minlərlə insanın həyatını sobaya atacaqlar", - Medvedyev yazıb.

O, əmindir ki, “bunlar son dərəcə təhlükəli sayıqlamalardır”. “Rusiyanın özünün mövcudluğu məsələsi ciddi şəkildə qaldırılarsa, bu, Ukrayna cəbhəsində həll olunmayacaq. Bütün bəşər sivilizasiyasının gələcək mövcudluğu məsələsi ilə birlikdə həll olunacaq. Burada heç bir qeyri-müəyyənlik olmamalıdır. Bizə Rusiyasız dünya lazım deyil”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR