İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ermənistana NATO ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

1087 31.01.2024 16:20 Siyasət A A

“Əgər Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nə qədər təhlükəsiz olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə News.ru-nun İrəvanın NATO ilə yaxınlaşmasına cəhd etməsinə dair sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, belə qərarlar qəbul etməzdən əvvəl rəsmi İrəvan ölkənin özündəki vəziyyəti təhlil etməlidir.

“Siz Ermənistanın özünün milli maraqlarının nədən ibarət olduğunu, onun üçün nəyin faydalı olduğunu, nəyin qısamüddətli fayda gətirdiyini və nəyin uzunmüddətli fayda verdiyini başa düşməlisiniz və bundan çıxış etməlisiniz. Qərb hamıya vədlər verir. Mənə sadəcə maraqlıdır, onlar harada və nəyi yerinə yetiriblər?!” - deyə rusiyalı diplomat vurğulayıb.

 
Oxu.az
 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR