İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan benzin ixracına qadağa bu ölkələrə təsir edəcək

810 27.02.2024 22:21 Dünya A A

Rusiya hökuməti 2024-cü il martın 1-dən altı ay müddətinə benzin ixracına qadağa qoyacaq.

Musavat.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilir ki, hazırda bununla bağlı müvafiq sənəd hazırlanır.

2023-cü ildə olduğu kimi,  neftin ixracına qadağa Avrasiya İqtisadi İttifaqı ölkələrinə (Rusiyadan başqa bura Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir), həmçinin Monqolustan, Özbəkistan və digər ölkələrə razılaşdırılmış həcmdə ixraca aid deyildir.

Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov qeyd edib ki, benzinin ixracına qadağa yaz və yay aylarında daxili bazarda yanacaq qıtlığının qarşısını almaq üçün nəzərdə tutulmuş qabaqlayıcı tədbirdir. Onun sözlərinə görə, hazırda Rusiyanın yanacaq bazarında həssas tələb və təklif balansı mövcuddur.

Enerji eksperti Kirill Rodionov isə bildirib ki, dizelin daxili bazarında çatışmazlıq riski yoxdur, çünki istehsal gücü daxili bazarın tutumunu əhəmiyyətli dərəcədə üstələyir. Bu növ yanacağın ixrac payı həmişə istehsalın 40%-ni, bəzi illərdə isə 50%-i ötüb, deyə o izah edib.

Neft Araşdırmalarının analitikləri isə deyib ki, qadağa şirkətlərə neft anbarlarında ehtiyat toplamaq və onlardan yanacaqdoldurma məntəqələrinə benzin tədarük etmək imkanı verəcək. 

 

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR