İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada universitet dosenti müsəlman qıza anti-hicab şeiri oxutdurub

1188 30.05.2024 12:50 Dünya A A

İvanovo Dövlət Tibb Universitetinin dosenti Nikolay Jidomorov müsəlman qızı hicabın təhlükələri haqqında şeir oxumağa məcbur edib.

Musavat.com xəbər verir ki, bu barədə “Dağıstanın səsi” Teleqram kanalına universitet tələbələrindən biri məlumat verib.

Kanal Jidomorovun özünün yazıdığı şeirin çap mətnini də dərc edib. Müəllif orada hicablıları danlayır. “Ona görə də qəbul edin ki, Rusiyada hicab haramdır”, - şeirin son misrasında deyilir.

Universitetin əczaçılıq fakültəsinin qeyri-rəsmi saytına görə, Telegram kanalının abunəçisi tərəfindən göstərilən Nikolay Jidomorov dosent işləyir. O, təhsil ocağının saytında universitetdə şeir gecəsinin keçirilməsi ilə bağlı qeyd yerləşdirib.

İstifadəçilərin öz şeirlərini yerləşdirə bildiyi internet resursunda adamın qondarma adla (Nikolay Yuryev) qeyd olunduğu səhifə də var. Saytda dosentin ictimai-siyasi mövzularda yazdığı üç yüzdən çox şeiri dərc olunub.

Bundan əvvəl Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurası üzü örtən ənənəvi baş örtüyü olan niqabın qadağan edilməsini təklif etmişdi. Əvvəlcə qadağanın əleyhinə çıxan Moskva müftisi İldar Alyautdinov bildirib ki, niqab taxmağın radikal ideyaların yayılması ilə əlaqəsi sübuta yetirilərsə, Müsəlmanların Ruhani İdarəsi təklif olunan tədbiri dəstəkləyəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR