İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada üç kəndin əhalisi təxliyə edilir - VİDEO

1867 06.05.2022 17:50 Region A A

Meşə yanğınları ilə əlaqədar Rusiyanın Kurqan vilayətində üç kəndin sakinlərinin təxliyəsinə başlanılıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Profilaktik tədbirlər çərçivəsində Belozerski rayonunun Redkina kəndinin də təxliyəsi elan edilib. Ümumilikdə 367 nəfər, o cümlədən 66 uşaqdır”, - deyə məlumatda bildirilir.

Daha əvvəl, Kurqan vilayətinin Belıyar və Peredergina kəndlərinin də sakinləri təxliyə edilib.

Ümumilikdə 500 nəfərin təxliyəsi planlaşdırılır.

Yanğının söndürülməsini sürəti 20-25 m/s-ə çatan güclü külək çətinləşdirir. Ən çətin vəziyyət regionun Ketovski, Belozerski və Karqapolski rayonlarının ərazisində qalır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR