İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada şirkət borcları rekord həddə çatdı

499 07.07.2026 13:36 Dünya A A

Rusiyada şirkətlərin vaxtı keçmiş borcları son bir ildə təxminən 20 faiz artaraq 7 trilyon rubla (91 milyard 445 milyon 970 min dollar) çatıb. Bu, ölkə tarixində qeydə alınan ən yüksək göstəricidir.

Musavat.com xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti yazıb.

Söhbət təkcə bank kreditlərindən deyil, həm də şirkətlərin təchizatçılar, əməkdaşlar və vergi orqanları qarşısındakı öhdəliklərindən gedir.

Vaxtı keçmiş borcların ən böyük hissəsi emal sənayesinin payına düşür. Bu sahədə borclar 2,5 trilyon rubla yaxınlaşıb. Sonrakı yerlərdə ticarət (950 milyard rubl), mədən sənayesi (təxminən 800 milyard rubl) və tikinti sektoru (321 milyard rubl) qərarlaşıb.

BBNP şirkətinin idarəedici tərəfdaşı Maksim Baraşev bildirib ki, şirkətlərin maliyyə vəziyyətinə istehlak tələbinin azalması, vergi yükünün artması və yüksək faiz dərəcələri mənfi təsir göstərir.

Onun sözlərinə görə, 2026-cı ildən Rusiyada ƏDV dərəcəsi 20 faizdən 22 faizə qaldırılıb, sadələşdirilmiş vergi sistemindən istifadə üçün gəlir limiti isə 60 milyon rubldan 20 milyon rubla endirilib.

"İnqo Bank"ın analitika direktoru Vasili Kutyin qeyd edib ki, yüksək baza faiz dərəcəsi köhnə borcların yenidən maliyyələşdirilməsini çətinləşdirir. Nəticədə bəzi şirkətlər əvvəlki öhdəliklərini bağlamaq üçün yeni kreditlər götürmək məcburiyyətində qalırlar.

"Yunikon" audit-konsaltinq qrupunun direktoru Mixail Kurdyukova görə, borc yükünün sürətlə artması iqtisadiyyat üçün ciddi risk yaradır.

Onun sözlərinə görə, 2026-cı ilin birinci rübündə Rusiyanın ÜDM-i 0,2 faiz azalıb, şirkətlərin mənfəəti isə dörddəbirdən çox azalaraq 5,2 trilyon rubla düşüb.

"Belə şəraitdə biznes üçün artan borclara xidmət etmək getdikcə çətinləşir. Əgər vəziyyət nəzarətdən çıxarsa, bu, şirkətlər arasında kütləvi müflisləşmələrə səbəb ola bilər", – deyə ekspert bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR