İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının G20-yə dəvəti-üç mühüm səbəb

550 09.07.2026 12:22 Siyasət A A

G20 sammitində iştirak Bakıya qlobal iqtisadi gündəliyin müzakirəsində söz sahibi olmaq, yeni investisiyalar cəlb etmək və aparıcı dövlətlərlə əməkdaşlığı genişləndirmək üçün əlavə imkanlar yaradacaq

ABŞ-ın sədrliyi ilə 2026-cı il dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə Azərbaycanın dəvət olunması ölkənin beynəlxalq nüfuzunun və geoiqtisadi əhəmiyyətinin artmasının növbəti təsdiqidir. Dünyanın aparıcı iqtisadiyyatlarını bir araya gətirən bu platformada Azərbaycanın yer alması təsadüfi deyil, son illər həyata keçirilən uğurlu xarici və iqtisadi siyasətin məntiqi nəticəsidir.

About G20

Bu ilki sammit qlobal iqtisadiyyatın yeni çağırışlarla üzləşdiyi bir dövrə təsadüf edir. Təchizat zəncirlərinin dayanıqlığı, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və beynəlxalq maliyyə sisteminin gələcəyi əsas müzakirə mövzuları olacaq. Belə bir şəraitdə Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və enerji qovşağı kimi Azərbaycanın rolu daha da aktuallaşır. Azərbaycan artıq təkcə etibarlı enerji təchizatçısı deyil. Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri, Orta Dəhlizin inkişafı, Bakı limanının tranzit imkanları və müasir logistika infrastrukturu ölkəni Avrasiyanın əsas geoiqtisadi mərkəzlərindən birinə çevirib. Bununla yanaşı, makroiqtisadi sabitlik, aşağı dövlət borcu və iqtisadiyyatın şaxələndirilməsi də Azərbaycanın beynəlxalq tərəfdaş kimi etibarlılığını artırır. G20 sammitində iştirak Bakıya qlobal iqtisadi gündəliyin müzakirəsində söz sahibi olmaq, yeni investisiyalar cəlb etmək və aparıcı dövlətlərlə əməkdaşlığı genişləndirmək üçün əlavə imkanlar yaradacaq. Bu dəvət eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş və regional sabitlik amili kimi qəbul edildiyini göstərir. Mayami sammitinə dəvət Azərbaycanın qlobal proseslərdə rolunun getdikcə artdığını nümayiş etdirir. Bu, təkcə diplomatik uğur deyil, həm də ölkənin enerji, nəqliyyat və beynəlxalq əməkdaşlıq sahələrində qazandığı mövqenin dünya miqyasında tanınmasının növbəti göstəricisidir.

Milli Məclisin deputatı Könül Nurullayeva Musavat.com-a bildirdi ki, G20 sammitində təmsil olunmaq ilk növbədə qlobal qərarların müzakirəsində iştirak baxımından mühüm əhəmiyyət kəsb edir: "Dəvət olunan ölkələr dünya iqtisadiyyatı, ticarət, iqlim dəyişikliyi, enerji və maliyyə kimi məsələlər üzrə öz mövqelərini təqdim edə bilirlər. Bu platforma eyni zamanda ikitərəfli görüşlər üçün əlverişli mühit yaradır. Sammit çərçivəsində dünyanın aparıcı dövlətlərinin liderləri ilə görüşlər keçirilir. Bu görüşlər yeni əməkdaşlıqların və investisiya imkanlarının yaranmasına şərait yaradır. ABŞ-nin sədrliyi ilə 2026-cı il dekabrın 14–15-də Mayamidə keçiriləcək G20 sammitinə Azərbaycanın dəvət olunması da ölkəmizin son illərdə qazandığı geosiyasi nüfuzun, beynəlxalq etimadın məntiqi nəticəsidir. Bu dəvət həm də Azərbaycanın regional və ya qlobal əhəmiyyətinin qəbul edildiyini göstərir. Burada xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əlaqələri gücləndirmək imkanı da genişdir. Nəzərə almaq lazımdır ki, G20 dünya ÜDM-nin təxminən 85, qlobal ticarətin 75 faizini və dünya əhalisinin üçdə ikisini təmsil edən ölkələri bir araya gətirir. Üzv olmayan dövlətlərin sammitə dəvəti isə onların regional və ya qlobal əhəmiyyətinin, iqtisadi potensialının və ya sədr ölkənin prioritetlərinin göstəricisidir".
Könül Nurullayeva: Kəlbəcərin azad edilməsi Azərbaycan Prezidentinin  cəsarətli, prinsipial və düşünülmüş siyasətinin nəticəsidir - AZƏRTAC

Müsahibimizin sözlərinə görə, bu il keçiriləcək sammit qlobal iqtisadiyyatın mürəkkəb transformasiya mərhələsinə təsadüf edir: " Beynəlxalq ticarət marşrutlarının yenidən formalaşması, enerji bazarlarında dəyişikliklər, rəqəmsal iqtisadiyyatın genişlənməsi, yaşıl keçid və qlobal maliyyə sisteminin dayanıqlığı əsas müzakirə mövzuları olacaq. Məhz belə bir dövrdə Azərbaycanın sammitə dəvət edilməsi ölkəmizin beynəlxalq iqtisadi gündəliyə töhfə verən dövlətlər sırasında olduğunu göstərir. Son illərdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilməsi cəlbediciliyi artıran əsas faktorlardan biridir. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişlənən imkanları, müasir dəmir yolu və avtomobil magistralları Azərbaycanın qlobal təchizat zəncirlərində əhəmiyyətini artırıb.

Dünyada alternativ ticarət marşrutlarına marağın artdığı bir vaxtda Azərbaycan etibarlı tranzit ölkəsi kimi xüsusi önəm kəsb edir. Həmçinin Azərbaycanın uzun illərdir Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaş kimi tanınması da qlobal platformalarda ölkəmizə diqqəti artıran əsas səbəblərdən biridir. Cənub Qaz Dəhlizi artıq qitənin enerji xəritəsinin vacib elementinə çevrilib. Bununla yanaşı, ölkəmiz yaşıl enerji sahəsində də iddialı layihələr həyata keçirir. Xəzərin bərpa olunan enerji potensialından istifadə, günəş və külək elektrik stansiyalarının inşası, yaşıl enerji ixracı istiqamətində atılan addımlar Azərbaycanın enerji siyasətini yeni mərhələyə yüksəldir. Bu gün dünya yalnız enerji resurslarına deyil, həm də enerji keçidini uğurla idarə edən tərəfdaşlara ehtiyac duyur və Azərbaycan məhz bu kateqoriyada ən etibarlı tərəfdaşlardan biridir. Mayami sammiti Azərbaycan üçün yeni investisiyaların cəlb edilməsi, iqtisadi tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, innovasiya və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm perspektivlər açır. Bir sözlə, G20-yə dəvət son illərdə Azərbaycanın beynəlxalq müstəvidə qazandığı mövqenin təbii davamıdır".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR