İnsanlara hürriyət, millətlərə istiqlal!

Soyuq savaş bitibmi?..

294 09.07.2026 11:09 Yazarlar A A

Otuz faiz Ukrayna münaqişəsinə, otuz faiz Yaxın Şərqdəki son müharibəyə görə, otuz faiz də Türkiyədə keçirildiyinə görə - güman, son NATO sammitini maraqlı edən əsas məqamlar bunlar idi. Belədəsə, “geniş kütlələr” adətən belə tədbirlərə bir elə də maraq göstərmirlər. Həm də az qala, 30-40 idir siyasət adamları “Soyuq müharibə bitdi” desə də adi insanlar belə zənn etmir, əksini söləyirlər, çünki müharibələr, sanksiyalar tükənmir, həm də “Rusiya daha qlobal alternativ ideya daşıyıcısı deyil” iddialarının da cavabı var: “Rusiyanın özü, onun apardığı siyasət və geosiyasət, özü kimi avtoritar və militarist ölkələri ətrafına toplmaq cəhdləri, postsovet məkanıyla bağlı iddiaları özü bir “qloblal və alternativ ideya” deyilmi?”..
Bu xusuxda seyrək bəyanatlar olsa da, bəzi ölkələrə qarşı ağır sanksiyalar tətbiq edilsə də NATO hələki bunları bəyan etməyə sanki tələsmir, həm də əvvəlki prinsipiallıq qalmayıb, eləcə də Alyans özü də bir növ, keçid dövrünü yaşayır, yeni çağırışçün sanki səfərbər ola bilmir.
İnsanlar, bəşəriyyət isə onlardan daha böyük konkretlik gözləyir. Olacaqmı? Qalan problemlərsə ötürücüdür, onları yoluna qoymaq olar...
Türkiyəyə gəldikdə, 22 ildən sonra növbəti dəfə ölkə NATO-nun sammitinə ev sahivliyi edirdi və burada emosiyasız və hətta pafossuz keçinmək elə də asan məsələ deyildi. Başqa problemlər də var: Türkiəyə qarşı müəyyən silahsatışı sanksiyaları var, onları götürmək lazımdır.
Əsas isə odur ki, rusların - Kremlin gözləntilərinə rəğmən Ankara Alyansı nəinki tərk etmədi, əksinə indi başqaları ilə birlikdə onun hətta dirçəldiləmsi üçün səylər edir.
O ki qaldı qlobal problemlərə, düşünmürdük ki, NATO, məsələn, Ukraynayla bağlı kardinal bir qərar verəcək, hətta Yaxın Şərqdə prosesi tamam dəyişmək fikirinə düşəcək. Hərçənd, Trampın Türkiyəylə bağlı az qala yaltaqlıqla dolu sözləri elə belə deyildi, ona Ankaranın əsgəri gücü lazımdır. Amma düşünmürük ki, Türkiyə buna getsin.
Belədəsə, Ankaranın da bu müstəvidə NATO-ya minnətdar olması üçün çox ciddi əsasları var: Alyans onun hava sərhədlərini çox ciddi şəkildə qorudu. Son gündə belə xəbər verildı ki, guya Tramp İrana hücum edəcəyini təsdiq edib, amma bu planın qarşısında Konqres və əsgəri güc kimi çox ciddi problemlər var. Odur, görək, nə olur?..
Hələlik “Fulton nitqi” olmadı: bəli, nə ABŞ prezidentinin, nə də Britaniya baş nazirinin ifasında, yaxud da Fransa liderinin bəyanatında, çünki hədəflər indi çox yayğınıdr, həm də təkcə Putinin hakimiyyətdən getməsilə belə də çox şeylər dəyişə bilər.
Ukraynaya dəstək güman ki, davam edəcəkdir. Zelenskinin belə tədbirlərdə olması, hətta çıxış etməsi də o deməkdir ki, biz səninləyik...
“Dünya məchulluğa gedir” deməyə də tələsməzdik, çünki o, çoxdan məchulluq içindədir və ondan çıxmağa səy edir, amma çıxa bilmir: yalnız 2000-ci ilə qədər asudəlik, nisbi rahatlıq oldu. Putin gəldi və addımbaaddım başladı keçmiş imperiyanın keçmiş hədəflərini yada salmağa!
Odur, “soyuq savaş bitib” deməyə tələsməyin. Savaş onda bitəcək ki, Rusiya normal dövlət olacaq, başa düşəcək sərhədləri təzədən cızmağa çalışmaq, 21-ci əsrdə özünə ərazi birləşdirmək gülünclükdür, xüsusən də Rusiya boyda ərazisi olan ölkə üçün! Amma bu “xəstəliklərin” bir cəhəti də budur ki, onlar sanki “metastaz” verir, başqa “orqanlar”a - dövlətlərə sirayət edir: Trampın elə bu günlərdə təzədən yadına Qrenlandiya düşdü, hansı ki, NATO-nun öz daxilində polyarlaşmaya, hətta münaqişəyə səbəb ola bilər. Blok həm də bu səbəblərə görə səfərbər ola, hədəflərini düzgün müəyyən edə bilmir: qaydasızlıq tək Rusiyanın ürəyincə deyil...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR