İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada  Sergey Markova qarşı cinayət işi qaldırıla bilər  

1006 15.11.2023 17:59 Dünya A A

Rusiyada kremlyönlü politoloq Sergey Markovun ordu ilə bağlı statusları başına bəla ola bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çelyabinsk vilayətinin sakini onun əleyhinə polisə ərizə yazıb.

Hazırda hüquq-mühafizə orqanlarının  politoloqu  yoxladığı qeyd olunur.

Gələn informasiyaya əsasən, polisə ərizəni Zlatoust (Çelyabinsk vilayəti) sakini yazıb. O bildirib ki, Markov öz telegram kanalında RF Silahlı Qüvvələrini gözdən salan materiallar yayır.

İndi Markovun kanalı və statusları polis tərəfindən yoxlanılmalıdır.

Sergey Markov Rusiyada hökumətyönlü mövqe tutması ilə bilinir. Lakin bəzi istifadəçilər hesab edir ki, o, öz statuslarında Rusiya Federasiyasındakı vəziyyət haqqında “ironik” ifadələr işlədir, öz həqiqi münasibətini göstərir.

Qeyd edək ki, Sergey Markov Rusiyada Azərbaycanın mövqeyini müdafiə edən tək-tük politoloqlardan biri hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR