İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “savaşa yox” deyənə həbs, dövlətə qarşı qiyam qaldırana isə...

896 25.06.2023 22:27 Son xəbər A A

Rusiyada Ukraynada aparılan savaşa qarşı çıxanlarla bağlı sərt tədbirlər görüldüyü, onların xarici agent elan edildiyi, fəaliyyətlərinin qadağan olunduğu, hətta həbsə atıldıqları hər kəsə məlumdur.

Lakin deyəsən dövlətə və onun rəsmi strukturlarına qarşı açıq qiyam həyata keçirən “Vaqner” ÖHŞ-yə bütün bunları tətbiq etməyə cəsarəti olan tapılmır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rəsmi şəxslər “Vaqner”i qadağan etmək üçün heç bir səbəb görmədiklərini bildirirlər.

Məsələn, Dövlət Dumasının Müdafiə komitəsinin sədri Andrey Kartapolov yalnız deputatların özəl hərbi şirkətlərin fəaliyyətini tənzimləyən qanun hazırladığını söyləməklə kifayətlənib. Onun sözlərinə görə, “Vaqner”i qadağan etmək mümkün deyil, çünki muzdlular Ukraynada savaşan ən yaxşı birliklərdir. Bununla belə, Kartapolov “Vaqner”in gələcəyinin necə olacağının hələ bilinmədiyini vurğulayıb.

O, muzdluların komandirlərinin əmrini yerinə yetirdiklərini, heç kimə hücum etmədiklərini və qınağa layiq heç nə etmədiklərini bildirib.

Halbuki son 3 gündə Pavlovski rayonunun Yelizavetovka kəndində atışma nəticəsində 19 yaşayış binasına ziyan dəyib. Rusiyanın hərbiyönlü teleqram kanalları və hərbi müxbirlər nizami ordunun 20-dən çox pilotunun həlak olduğunu bildiriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR