İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada qaz hasilatı 12 faiz azalıb

329 01.08.2022 14:37 İqtisadiyyat A A

2022-ci ilin yanvar-iyulunda Rusiyanın “Qazprom” şirkəti qaz hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz (35,8 milyard kubmetr) azaldıb. Şirkət 7 ayda 262,4 milyard kubmetr qaz hasil edib.

Musavat.com “Qazprom”a istinadən xəbər verir ki, 7 ayda şirkətin uzaq xaricə qaz ixracı 34,7 faiz (40 milyard kubmetr) azalmaqla 75,3 milyard kubmetr təşkil edib.

Bu dövrdə Rusiyanın daxili şəbəkəsindən qaza tələbat 2 faiz azalıb.

Şirkət bildirir ki, hesabat dövründə Avropa Birliyində qaz istehlakının azalması qlobal qaz tələbatını azaldan əsas faktora çevrilib: “İlkin qiymətləndirmələrə əsasən, 2022-ci ilin 7 ayında qaza olan qlobal tələbat 35 milyard kubmetr azalıb. Eyni dövrdə Avropa Birliyinin 27 ölkəsində qaz istehlakı 31 milyard kubmetr düşüb”.

“Gas Infrastructure Europe”in hesablamalarına əsasən, iyulun 30-na Avropanın qaz anbarlarında ehtiyatların həcmi 42,8 milyard kubmetr təşkil edib. İstilik mövsümünün başlanmasına qədər anbarlara daha 29,6 milyard kubmetr qazın vurulması lazımdır. Bu ilin 7 ayında “Qazprom” yalnız Çinə ixracı artıra bilib. “Sibirin gücü” kəməri ilə Çinə qaz nəqli ötən ilin eyni dövrü ilə müqayisədə 60,9 faiz artıb. 6 aylıq dövrdə artım 63,4 faiz idi. Bu isə o deməkdir ki, iyulda kəmərlə nəql həcmi azalıb.

Qeyd edək ki, ötürücülük gücü 38 milyard kubmetr olan “Sibirin gücü” kəməri 2019-cu ildən istismar olunmağa başlayıb. 2021-ci ildə kəmərlə qaz nəqli əvvəlki ildəkindən 2,5 dəfə çox olmaqla 10,39 milyard kubmetr təşkil edib. Kəmərin tam nəql gücünə 2025-ci ildə çatdırılması nəzərdə tutulur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR