İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Puqaçova və Qalkinin qəsrini müsadirə etməyi planlaşdırırlar

632 19.02.2024 12:32 Dünya A A

Dövlət Duması Alla Puqaçova və Maksim Qalkinin qəsrini dövlətin xeyrinə müsadirə etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, “Shot Telegram” kanalı deputat Dmitri Qusevə istinadla hüquq-mühafizə orqanlarının əməkdaşlarından Rusiya ordusuna aid saxtakarlıqlara görə əmlakın müsadirə edilməsi haqqında yeni qanuna əsasən cütlüyün daşınmaz əmlakını yoxlamaq tələb olunduğ barədə məlumat yayıb.

“Estrada ulduzları öz əməlləri ilə xalqın əleyhinə getdiklərini göstəriblər”. Bu səbəbdən belə sənətkarların artıq “xalq artisti” adlanmağa haqqı yoxdur, - deputat deyib və bildirib ki, bunları nəzərə alaraq, hakimiyyət, Puqaçova və Qalkinin Moskva vilayətindəki əmlakına həbs qoya bilər.

Kanalın məlumatına görə, Qryaz kəndindəki qəsr Maksim Qalkinin adına qeydiyyatdan keçib və təxminən bir milyard rubl dəyərində qiymətləndirilir.

Yanvarın sonunda deputat Yevgeni Fyodorov artıq sənətçi cütlüyün əmlakının müsadirəsini tövsiyə edib. O qeyd edib ki, məhkəmə müvafiq qərar çıxara bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR