İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada neft hasilatının kəskin azaldılması müzakirə olunur 

690 12.10.2022 15:22 İqtisadiyyat A A

Rusiya Dövlət Neft Şirkəti – “Zarubejneft” Avropa İttifaqının Rusiya neftinə tətbiq etdiyi embarqo və qiymət tavanı qərarı qüvvəyə mindikdən sonra hasilatı müəyyən müddətə tam dayandıra bilər.

Musavat.com-un xəbərinə görə, bu barədə şirkətin rəhbəri Sergey Kudryaşev “Rusiya enerji həftəsi”nin gedişində məlumat verib:

“Biz 5 dekabra (Avropa İttifaqının embarqo qərarı qüvvəyə həmin gün minir) hazırıq. Ən pisi də daxil olmaqla, hadisələrin müxtəlif inkişaf variantlarını işləmişik”.

Şirkət rəhbəri bildirib ki, hasilatı 100 faiz dayandırmaq variantı üzrə onun 2 həftə ərzində yenidən başlanması planını da hazırlayıblar. Onun sözlərinə görə, hətta hasilatı 70 faiz dayandırsalar belə, bu, şirkət üçün kritik olmayacaq.

Sergey Kudryaşev qeyd edib ki, Rusiya hasilatçıları neft istehsalını azaltmaq variantını müzakirə edirlər: “Əgər kimsə düşünürsə ki, qışda Rusiya neft hasilatını azalda bilməyəcək və istənilən qiymətə satmağa məcbur olacaq, yəqin ki, bu ideya ilə vidalaşması lazım gələcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR