İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada neft emalı zavoduna dron hücumu: əsas qurğu dayandırıldı

1136 06.10.2025 21:12 Dünya A A

Rusiyanın Leninqrad vilayətində yerləşən “Kirişinefteorqsintez” Neft Emalı Zavodu Ukrayna dronlarının hücumu nəticəsində fəaliyyətini qismən dayandırıb.

Musavat.com xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, zavodun əsas istehsal obyektlərindən biri — ilkin neft emalı qurğusu CDU-6 sıradan çıxıb.

Mənbənin bildirdiyinə görə, bu qurğu sutkada 160 min barel neft emal gücünə malikdir və zavodun ümumi istehsal gücünün təxminən 40 faizini təşkil edir.

Hadisə 4 oktyabr gecəsi baş verib. Hücum nəticəsində baş vermiş yanğından sonra zavodun mühüm texnoloji hissələrində ciddi zədələnmələr qeydə alınıb.

Hazırda zərərin aradan qaldırılması istiqamətində işlər aparılır. Rəsmi məlumatlara əsasən, CDU-6-nın tam bərpası və işə salınması üçün təxminən bir ay vaxt tələb olunacaq. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR