İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müharibədən “qaz vurub qazan dolduran”lardan biri məlum oldu

1158 28.03.2023 16:44 Region A A

Hərbi sənayenin kuratoru Denis Manturov müharibə ilində Mişustin hökumətində ilk milyarderə çevrilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, müdafiə nazirinin müavininin şirkətinə daşınmaz əmlak sataraq varlanıb, övladları isə 3 milyon ABŞ dolları dəyərində mənzillərdə yaşayır.

“Xüsusi əməliyyat” (Ukraynada aparılan işğalçı savaşa Rusiyada qoyulan ad - red.) başlayandan sonra müharibə və sanksiyalara rəğmən, baş nazirin müavini Denis Manturov var-dövlətini haddən artıq artırıb.

Denis Manturov həm də hərbi sənayenin önəmli qurumlarından sayılan “Rostex”in rəhbəri Sergey Çemezova yaxınlığı ilə bilinir.

“Sobesednik” jurnalının araşdırmasına görə, Manturovun övladları Krasnaya Presnya ərazisində yerləşən “RedSide” elit yaşayış kompleksində iki mənzilin sahibi olub. Orada Rusiyanın siyasi elitası və şou-biznes ulduzları yaşayır. Əmlakın ümumi sahəsi 300 m2-dən çox, dəyəri isə 250 milyon rubldan (təxminən 3 milyon 300 min ABŞ dolları) çoxdur. Yevgeni və Leonela Manturova yetkinlik yaşına çatdıqdan dərhal sonra mənzillərin sahibi olublar və buna görə də məmur onları bəyannamələrində göstərməyib.

Manturovun fevral ayında premium səviyyəli “Dom na Tişinka” yaşayış kompleksində 480 metrlik mənzilini satdığı məlum olub. Satışın məbləğinin 400 milyon rubldan çox (təxminən 5 milyon 300 min ABŞ dolları) ola biləcəyi danışılır. Mənzilin yeni sahibi mənfəəti cəmi 205 min rubl olan “Intermars MMC” şirkətidir. Bu firma Rusiya Federasiyasının hazırkı müdafiə nazirinin müavini Aleksey Krivoruçko ilə bağlıdır. Manturovun illik gəliri təxminən 700 milyon rubl təşkil edir. Mənzilin satışı ilə bağlı sövdələşməni nəzərə alsaq, o, son on ildə ilk milyarder baş nazir müavini ola bilər.

Ümumilikdə Manturovlar ailəsi 15 milyard rubldan çox (təxminən 200 milyon ABŞ dollar) əmlaka sahibdir. Manturovun Gəlincik kurort şəhərində də nəhəng mülkü və ümumi sahəsi demək olar ki, hektar olan üç torpaq sahəsi var. Məmurun anası və uşaqlarının Moskva yaxınlığındakı Klyazmada bir neçə torpaq sahəsi mövcuddur. Həmçinin Manturovların aktivləri arasında: Moskvanın mərkəzində “Chekhoff Moscow Curio Collection by Hilton” hoteli və Tver vilayətində süd fermasını göstərmək olar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR