İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada HƏYƏCAN təbili: hər üç tələbədən biri...

1373 19.05.2023 16:39 Region A A

Rusiyada tələbələr arasında keçirilən sorğuda Kreml üçün xoşagəlməz nəticələr ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, respondentlərin üçdə biri ölkədən getmək istədiyini bildirib.

Sorğuda iştirak edənlərin yarısı isə ölkədəki vəziyyəti “böhran” hesab edib.

Qeyd edək ki, Rusiya Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi 30-u Ukraynanın işğal olunmuş ərazisində yerləşən 500-dən çox universitetdə sosioloji sorğu keçirməyi sifariş edib. Jurnalistlər aprelin 10-dan aprelin 28-dək keçirilən araşdırmanın birinci mərhələsinin nəticələrini ictimaiyyətə açıqlayıblar.

Sorğu iştirakçıları telefon nömrəsi və ya şəxsi məlumatları təqdim edərək “VKontakte” sosial şəbəkəsi vasitəsilə qeydiyyatdan keçməli olublar.

Xüsusilə tələbələrdən və universitet işçilərindən ölkələrini düşündükləri zaman nə hiss etdikləri soruşulub. Birinci yerdə narahatlıq və qorxu - 36%, ikinci sırada ümid (25%), üçüncü sırada qəzəb və məyusluq (20%), dördüncü sırada isə hörmət, qürur və inam (12-14%) qərarlaşıb.

Respondentlərin 44%-i Rusiyadakı vəziyyəti “böhran”, 32%-i isə “süqut” hesab ediblər. Yalnız 13% Rusiyada hökumətin “hərbi güc”lə maraqlanmalı olduğunu düşündüyünü ifadə edib.

Sorğunun birinci mərhələsinin nəticələrinə görə, respondentlərin üçdə biri ölkəni tərk etmək arzusunu bildirib. Ali İqtisadiyyat Məktəbində tələbə və müəllimlərin 58%-i mühacirət haqqında fikirləşdiklərini söyləyiblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR