İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada general hərbi xidmət müddətinin iki ilə qədər uzadılmasını təklif edib

490 04.12.2023 01:26 Dünya A A

“Rusiyada ciddi hərbi-siyasi vəziyyətə görə orduda xidmət müddətinin artırılması məsələsi çoxdan gündəmə gəlib”.

“Report” xəbər verir ki, bunu “News.ru”ya Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev deyib.

Onun hesablamalarına görə, çağırışçılar ilk altı ay təlim hissələrində təhsil almalı, sonra isə daha bir il yarımı birbaşa qoşunlarda xidmət keçirməlidirlər. Nəticədə əsgərlər düşmənin hücumlarını dəf etməyə qadir, güclü, yaxşı təlim keçmiş olacaqlar.

“Hərbçilər müasir texnologiya ilə bağlı biliklərini praktikada tətbiq etmək üçün yetişdirilməlidir. Bunu üçün isə vaxt lazımdır. Təlim tədbirləri kompleks şəklində həyata keçirmək lazımdır ki, istənilən bölük və ya bölük hər an vətəni müdafiə etməyə hazır olsun”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR