İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada blogerə qarşı vəhşilik - Foto

699 28.11.2022 14:46 Hadisə A A

Moskvanın Presnenski rayonunda polis idarəsində “Nekoqlay” təxəllüsü ilə tanınan bloger Nikolay Lebedev vəhşicəsinə döyülüb və başı qırxılıb.

Musavat.com xəbər verir ki, bu barədə İctimai Monitorinq Komissiyasının məsul katibi Aleksey Melnikov məlumat yayıb. Onun sözlərinə görə, polis bütün prosesi videoya çəkib.

Qeyd edək ki, noyabrın əvvəlində internetdə Ukrayna cəbhəsində səngərdə bir rus əsgərinin qumbaraatanlarla atəşə tutulması ilə bağlı video yayılmışdı. Görüntülərdə əsgər son anda qumbaraları kənara atmağı bacarır. Bir çoxlarına süni görünən bu kadrları Kreml yönümlü əsas media orqanları və teleqram kanalları geniş yayıb və onu qəhrəman kimi təqdim edib.

Noyabrın 7-də bloger “Nekoqlay” videoda öz rolunu oynayan rus hərbçisinin kadrları əsasında parodiya videosu hazırlayıb. Bundan sonra Rusiyanın ultramillətçi “Təhlükəsiz internet liqası” təşkilatının rəhbəri, Rusiyada bir çox repressiv qanunların müəllifi, senator Yelena Mizulinanın qızı Yekaterina Mizulina Baş Prokurorluğa ərizə yazıb. Burada o, “bloger Nekoqlay”ın rus əsgərinin şücaətinə lağ etdiyini qeyd edib, Rusiya Federasiyası Silahlı Qüvvələrinin nüfuzdan salınması maddəsi ilə ona qarşı cinayət işinin açılmasına çağırıb. Ertəsi gün “Nekoqlay” saxlanılaraq Moskvanın Presnenski rayonunda polis şöbəsinə aparılıb.

Daha sonra məhkəmə blogeri vətəndaşı olduğu Moldovaya deportasiya etmək qərarına gəlib. Lakin eyni zamanda sosial şəbəkələrdə başı qırxılmış “Nekoqlay”ın əsgərlə bağlı parodiya videosuna görə üzr istədiyi videosu yayılıb. Burada blogerin üzündə döyülmə izləri görünür.

Musavat.com

WhatsApp Image 2022-11-28 at 14.02.00.jpeg (62 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR