İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: Fransa Ermənistana silah satmaqla Cənubi Qafqazda növbəti qarşıdurma mərhələsini təhrik edir

795 19.06.2024 15:01 Dünya A A

Paris Cənubi Qafqazda silahlı qarşıdurmanın növbəti mərhələsini təhrik edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Fransanın Ermənistanı "Caesar" özüyeriyen haubitsaları ilə təchiz etməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Paris bunu müxtəlif üsullarla edir: “Bu da daha bir addımdır. Biz bu barədə demişdik. Siz bunun bir daha təsdiqini görürsüz. Fransa rəhbərliyi nə Ermənistanın maraqlarını, nə də hansısa bir xalqın maraqlarını rəhbər tutur. Paris ölkə daxilində və ya ölkələr arasında mövcud fakir ayrılıqlarından, ziddiyyətdən istifadə edərək öz konyuktur məqsədlərinə nail olmaq üçün alət kimi istifadə edir. Öz konyuktur məqsədləri deyəndə, mən təkcə Yelisey sarayının şəxsi maraqlarını deyil, həm də Fransanın NATO ideologiyasının daşıyıcısı kimi nəzərdə tuturam. Məhz buna bu cür yanaşmaq lazımdır”, deyə Rusiya XİN sözçüsü qeyd edib.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR