İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya vətəndaşlarının Qarabağdan qaçışı ilə bağlı polkovnikdən AÇIQLAMA 

1687 21.08.2023 13:36 Siyasət A A

 

“Rusiyanın Qarabağla niyyəti gün kimi aydındır- Qarabağı Azərbaycandan qoparmaq istəyir. Qarabağ Soçi, Kalininqrad kimi təsəvvür edir. 2020-ci ildən Rusiya vətəndaşları Qarabağa köçürülür. Rusiya separatizmi açıq şəkildə dəstəkləyən bu metoddan  hər zaman istifadə edib, indi də Qarabağda da istifadə edir”.

Bunu Musavat.com-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Qarabağı tərk edən separatçılar haqqında danışarkən deyib. O xatırladıb ki, Rusiya Abxaziyada, Dnepryanı bölgələrdə tətbiq etdiyi metodu Qarabağda da tətbiq edir: “Doğum yeri Qarabağ göstərilən vətəndaşların olması Rusiya üçün “kozır”dır. Gələcəkdə Ana vətəninə qayıtmaq istəyən insanların istəklərinin həyata keçirilməsi üçün çağırışlar səslənə bilər. Rusiya vətəndaşlarının Qarabağdan çıxarılması sentyabrda gözlənilən güclü qarşıdurma ilə əlaqədardır. Yəni, proses məqsədyönlü həyata keçirilir. Rusiyanın ərazisi kifayət qədər geniş olsa da, vətəndaşların Qarabağda yerləşdirilməsi təsadüfi deyil. Bu, düşünülmüş plandır. Bu metod Moldovada sınaqdan keçirilib və özünü doğruldub”.

Ekspert rəqəmlərə diqqət çəkərək bildirdi ki, Rusiyaya 48 ailə köçürülüb. Dəqiq statistika bəlli olmasa da, ekspert Qarabağda təxminən 200-300 ailənin olduğunu qeyd edib: “Məqsəd Rusiya vətəndaşlarının sayını artırmaq idi. Bu, ciddi məsələdir. Rusiya vətəndaşlarının ərazimizdə nə işi var? Yeri gəlmişkən, Azərbaycanda rus icması var idi, Qarabağda ayrı icmaya nə ehtiyac var?”

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR