İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya zərbə hədəflərini dəyişdi – HƏRƏKƏTə keçdi – Elxan Nuriyevlə “Canlı debat”

712 23.03.2023 11:18 Gündəm A A

Rusiya komandanlığı Ukraynaya PUA və raket hücumları üçün prioritet hədəflərin siyahısına yenidən baxıb. Enerji obyektləri siyahıda qalır, lakin onlar artıq əsas hədəf deyil.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski deyib.

O qeyd edib ki, Rusiyanın son günlər endirdiyi zərbələr raket hücumlarının və pilotsuz təyyarələrin zərbələrinin həyata keçirilməsində prioritetlərin dəyişdiyini göstərir:

“Onlar Novomoskovsk, Jitomirdə yanacaq-sürtkü bazalarını vurdular, Yavorovsk rayona da zərbələr oldu. Rusiya enerji obyektlərini artıq prioritet hədəf hesab etmir, çünki qış başa çatıb və ruslar Ukraynanın enerji sistemini dağıtmağa müvəffəq olmayıblar. Buna görə də onlar indi zərbələrin istiqamətini müəyyən qədər dəyişdirəcəklər. Bunlar həm hərbi qurğular, həm qoşunların cəmləşməsi, həm də qruplarımızın maddi-texniki təchizatı ola bilər. Ruslar enerji sektoruna da zərbələrdən tamamilə imtina etmək niyyətində deyillər, çünki onlar üçün Ukraynaya iqtisadi ziyan vurmaq vacibdir".

Müharibənin bu mərhələsində nələr baş verir? Putinin həbs ehtimalı proseslərin istiqamətini nə dərəcədə dəyişdirə bilər?
Bu və gündəmdəki bir çox gəlişmələri bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ukraynadakı polkovnik Elxan Nuriyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR