İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya rəsmilərinin KXDR-də iclas zalından çıxarılmasının izahı

1889 20.06.2024 12:00 Dünya A A

Prezident Vladimir Putinin Şimali Koreyaya səfəri müxtəlif ölkələrin diplomatik ənənələrindəki fərqləri vurğulayan maraqlı protokol nüansları ilə müşayiət olunub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, danışıqlar zamanı insident baş verib və iki dövlətin liderlərinin gəlişindən əvvəl rusiyalı nazirlərdən otağı tərk etmələri tələb olunub.

Milli rabitə mərkəzinin rəhbəri Olqa Kevorkovanın verdiyi məlumata görə, nümayəndə heyətlərinin iclas zalına dəvət edilməsi proseduru ölkədən asılı olaraq dəyişir. Rusiyada prezident və digər dövlət başçılarının zala yalnız bütün iştirakçılar artıq yerlərini tutduqdan, sənədlər düzüləndən sonra daxil olursa, Şimali Koreyanın protokolu fərqlidir. Yerli qaydalara görə, nümayəndə heyəti yalnız dövlət başçıları otağa daxil olduqdan sonra zala daxil olur.

Məhz buna görə də Rusiya xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, baş nazirin birinci müavini Denis Manturov və Rusiya nümayəndə heyətinin digər üzvləri iclas otağına daxil olanda onlardan yenidən daxil olmaq üçün otağı tərk etmələri istənilib.

Bu məqam Rusiya nazirləri arasında təəccüb doğurub, amma onlar ev sahibi ölkənin protokoluna riayət etmək zorunda qalıblar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR