İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Qərbin neftə qiymət tavanı planına qarşı plan hazırlayır

450 15.07.2022 09:48 İqtisadiyyat A A

Rusiya öz neft etalonunu yaratmaq planı üzərində işləyir. Bloomberg Agentliyinin Rusiya hökumətindəki mənbələrinə istinadən yaydığı məlumata görə, məqsəd Qərbin Rusiya neftinə qiymət tavanı tətbiqinin təsirlərindən yayınmaqdır.

Planın icrası ilə Rusiyanın əsas nazirlik, neft istehsalçısı şirkətləri və Mərkəzi Bankı məşğul olur. Bildirilir ki, yeni neft etalon markası ilə ticarət bu ilin oktyabrında Rusiyanın öz ərazisində təşkil olunacaq hərraclarda başlayacaq. Rusiya onun nefti ilə ticarət edən xarici şirkətlərin nümayəndələrini də prosesə cəlb etməklə 2023-cü ilin mart-iyulunda yeni etalon sort neftini neft bazarında qəbul etdirmək niyyətindədir.

Qeyd edək ki, Rusiyanın Urals neftinin qiyməti Brent markalı neftə bağlı olmaqla ondan ucuza satılır. May ayında iki marka arasındakı diskont 30 dollar təşkil edib. Rusiya 2014-cü ildə də öz neft etalon markasını yaratmağa çalışıb, hətta hökumət komissiyası da yaradılıb. Lakin plan reallaşmayıb. Yeni markanın bazarda qəbul olunması üçün onun gündəlik satış həcmi 3 milyon barel, illik satış həcmi isə 15 milyon tondan aşağı olmamalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR