İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunda döyüşən müsəlmanlar: Beş rükət namaz...

984 10.04.2024 23:46 Dünya A A

Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərdə iştirak edən müsəlmanlar var.

Musavat.com xəbər verir ki, Ramazan ayının bitməsi münasibətilə aif.ru saytı Rusiya ordusunda döyüşlərdə iştirak edən müsəlmanlar haqda yazıb.

Rusiya Mərkəzi Hərbi Dairəsinin hərbi-siyasi idarəsinin iş şöbəsinin rəis müavini Hacı Nail Həzrət Əminov deyib ki, Ramazan bayramına görə mümkün qədər çox müsəlman hərbçi ilə görüşməyə çalışrlar: “Bütün çətinliklərə baxmayaraq, müsəlmanlar orucunu cəsarətlə tutdular”.

Hacı Nail Həzrət deyir ki, provaslav dini xadimi ilə təxminən iyirmi müsəlmanın xidmət etdiyi bölmədə də qalıblar. “ Namaz vaxtı gələndə çətinliklə üzləşdik. Çünki açıq yerdə namaz qılmaq mümkün deyildi, çadır və ya qazma da bu qədər insanı qəbul edə bilməzdi. Az-çox ağaclarla qorunan bir ərazi tapdıq, pravoslav uşaqlar ətrafımızda dron əleyhinə silahlarla dayandılar. Onların sayəsində namazımızı qılıb, duamızı etdik. Öz növbəsində, komandirlər müsəlman döyüşçülərin beş rükət namaz qılması üçün səy göstərirlər, əgər o, əlbəttə ki, mühüm tapşırıqda deyilsə... Vətəni müdafiə etmək ən vacib və müqəddəs işdir, buraxılmış dualar sonradan yerinə yetirilə bilər.” 

aca55cf877fd7fd4fb3fbeecc3e2e1cc.jpg (244 KB)

Dini xadimi deyib ki, cəbhədəki əsgərlər daha çox İslamın əsasları haqda soruşurlar. “Burada yaralanma və ya ölümlə qarşılaşdıqda insanlar uca yaradana üz tuturlar. Müharibədə ateist yoxdur” Hacı Nail Həzrət Əminov deyib.

Başqa bir müsəlman din xadimi Sultan Yuldaşov deyib ki, bir çox döyüşlərdə iştirak edən İslam Peyğəmbəri düşmənlərinə qarşı alicənab və mərhəmətli olub: “İslam döyüşçüləri nə silahsızlara, nə qadınlara, nə uşaqlara, nə də təslim olanlara qarşı vuruşurlar. Bunlar xüsusilə müsəlman döyüşçünün əməl edilməli olan qanunlardır. Bizim vəzifəmiz isə hər bir müsəlmana çatdırmaqdır ki, heç bir halda insanlığını itirmək olmaz”. 

1701151e2db60a1ccabf25eb31a2411c.jpg (248 KB)

Sultan Yuldaşov belə bir əhvalat da xatırlayıb: “Bir dəfə xəstəxanada ağır yaralı olan müsəlman əsgər “bir adam öldürdüm, məni o dünyada nə gözləyir” soruşdu. Öldürdüyü adamın silahı olub-olmadığını soruşdum. Yaralı başını tərpətdi. “Bu, müharibədir” dedim ona, “sən deyilsə, o səni öldürəcəkdir. Ən əsası odur ki, sən buna əhəmiyyət verirsən. Bu o deməkdir ki, ruhunuz təmizdir, tövbə etməyə davam et. O da sakitləşdi və mənə təşəkkür etdi”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR