İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya niyə atəşkəsə ehtiyac duyur-RƏY

2068 25.05.2024 12:55 Dünya A A


Rusiya Ukraynada gələcək hücum əməliyyatlarına hazırlaşmaq üçün istənilən atəşkəsdən istifadə edəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə mərkəzi Vaşinqtonda yerləşən  Müharibə Tədqiqatları İnstitutu (ISW) xüsusi rəy yayımlayıb.

Hərbi analitiklərin fikrincə,  Kremlin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmamağa məcbur edəcək istənilən yeni sazişə hörmətlə yanaşacağını düşünməyə əsas yoxdur. Atəşkəs Rusiyaya deqradasiyaya uğramış qüvvələri bərpa etməyə, insan resurslarından daha səmərəli yararlanmağa və Rusiyaya öz müdafiə sənayesi bazasını gücləndirməyə imkan verəcək.

Rusiya atəşkəsdən Kiyevdə rejimin dəyişdirilməsi və Ukraynanın zəbt edilməsinə yönəlmiş növbəti hücum əməliyyatlarına daha yaxşı hazırlaşmaq üçün istifadə edəcək. Rusiya analitiklərini fikrincə atəşkəs şəraitində Qərbin Ukraynaya hərbi dəstəyi azala bilər. Bu da onlara hərbi əməliyyatları bərpa etmək üçün əsas yaradacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR