İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya neftini daşıyan tanker RAKETLƏ VURULDU - Gözlənilməz "sürpriz" FOTO

14698 27.01.2024 19:40 Dünya A A

"Trafigura Group" tərəfindən icarəyə götürülmüş və Rusiya neft məhsullarını daşıyan "Marlin Luanda" tankeri Qırmızı dənizdən çıxarkən raketlə vurulub.

Musavat.com Zakon.kz-ə istinadən xəbər verir ki, bu, hazırda bölgədə vəziyyətin pisləşməsindən sonra husilərin yanacaq tankerinə qarşı ən ciddi hücumudur.

Məlumata görə, hadisə zamanı insan tələfatı olmayıb, gəmidə baş verən yanğın lokallaşdırılıb.

The Guardian” gəminin Marşal adaları bayrağı altında üzdüyünü yazır.

ABŞ ordusu da hücumu təsdiqləyərək bəyanat yayıb.

İnternetdə ekipaj üzvü tərəfindən çəkildiyi iddia edilən tankerin fotosu yayılıb.

"Trafigura" sözçüsü bildirib ki, "Marlin Luanda" tankeri G7 sanksiyaları çərçivəsində qiymət limitindən aşağı alınmış Rusiya neft məhsullarını daşıyıb. “Bloomberg” yazıb ki, xammal Yunanıstanda gəmiyə yüklənib. Bu da daşıyıcının Aİ və ABŞ-ın Rusiya neft məhsullarının ixracına dair sanksiyalarını pozduğunu göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR