İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya neft hasilatını artırıb

349 13.02.2024 18:20 Region A A

2023-cü ilin dekabrında Rusiya neft hasilatını noyabr ayı ilə müqayisədə sutkada 300 min barel artıraraq 9,2 milyon bareldən 9,5 milyon barelə çatdırıb.

Musavat.com xəbər verir ki, OPEC-in fevral ayı hesabatına əsasən, Rusiya kondensat istisna olmaqla neft hasilatını 2023-cü ilin iyun ayından sutkada 9,5 milyon barel səviyyəsində saxlayıb.

Ümumilikdə, dekabrda Rusiyada maye karbohidrogenlərin hasilatı sutkada 90 min barel azalaraq 10,8 milyon barel təşkil edib.

OPEC-in hesablamalarına görə, 2023-cü il ərzində Rusiya maye karbohidrogenlərin hasilatını sutkada 0,1 milyon barel azaldaraq 10,9 milyon barelə endirib. Bu il bu rəqəmin daha 80 min barel azalacağı gözlənilir. Təşkilat vurğulayır ki, Rusiyada bir sıra yeni neft layihələrinin başlanması ölkənin yetişmiş yataqlarında hasilatın azalması ilə kompensasiya ediləcək.

OPEK bildirir ki, 2023-cü ilin dekabr ayının sonunda Rusiya yenidən Çin və Hindistana ən böyük neft tədarükçüsü olub. Lakin bu ölkələrin neft idxalının ümumi həcmində Rusiyanın payı azalıb.

Təşkilatın məlumatına görə, dekabrda Rusiya Çinin ümumi neft idxalının 20 faizini təmin edib, bir ay əvvəl bu göstərici 21 faiz idi. Təchizatın təxminən 12 faizi Səudiyyə Ərəbistanının, 11 faizi İraqın, 10 faizi Malayziyanın payına düşüb. Ümumilikdə, OPEK-in məlumatına görə, Çinin neft idxalı dekabrda noyabr ayı ilə müqayisədə 10 faiz artaraq sutkada 11,4 milyon barel təşkil edib.

OPEC-in istinad etdiyi "Kpler" analitik agentliyinə görə, Hindistanda Rusiya dekabrda ölkənin ümumi idxalının 32 faizini təmin edib. Noyabrda isə bu göstərici 38 faiz olmuşdu. Neft tədarükünün 22 faizini İraq, 16 faizini isə Səudiyyə Ərəbistanı təmin edib. Dekabrda Hindistanın neft idxalının ümumi həcmi noyabr ayı ilə müqayisədə 4 faiz artaraq 6 aylıq rekorda - 4,7 milyon barelə çatıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR