İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya millisi dünya çempionatında bütün oyunları satın almışdı"

1218 06.01.2023 16:11 İdman A A

Tanınmış keçmiş rusiyalı futbolçu Andrey Kançelskis milli komandalarına qarşı sensasiyalı iddialar səsləndirib.

Qol.az xəbər verir kİ, Rusiya millisinin, eləcə də İngiltərədə "Mançester Yunayted" kimi klubda çıxış etmiş Kançelskis DÇ-2018 zamanı Rusiyanın rəqibləri pulla satın aldığını iddia edib.

O, "Matç TV"yə müsahibəsində deyib: "Mənim Çerçesovla (Rusiya millisinin o zamankı baş məşqçisi - red.) normal münasibətim var. Sadəcə, düşünürəm ki, o, millidə məşqçilik etməməli idi. Çünki qapıçı qapıçılarla işləməlidir. O, klublarda yaxşı işləyir, bəlkə də bu, elə onun üçündür. Amma milli komanda yox. Fikrimcə, o vaxt millinin baş məşqçisi Qurban Berdıyev olmalı idi".

Jurnalistin "Milli DÇ-də 1/4 finala çıxdıqdan sonra ritorikanı dəyişmək və Çerçesovu dəstəkləmək olmazdımı" sualına Kançelskis belə cavab verib: "Niyə dəstəkləməliydim? Dünya Kubokunda hər şeyi satın aldıqları üçün? Bütün oyunlar alınmışdı. Sizin bundan xəbəriniz yoxdur? Biz dünya çempionatına ev sahibliyi etdik. Koreya və Yaponiya kimi.. İtalyanları "öldürüb" bir kənara atdılar. Çerçesovun işinin nəticəsi Avropa çempionatında olmuşdu. Bu, ən vacib göstəricidir.

Dünya Kubokunda bizi qulağımızdan çəkib irəli apardılar. Üstəlik kiminlə oynadıq? Bizi qabağa çəkən Uruqvay ilə. Anlaşılmaz oynayan ispanlarla. Çox qəribə matç idi. İnanın, zamanla bütün bunların üstü açılacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR