İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Lukaşenkonun dili ilə atəşkəs istəyib?

979 31.03.2023 14:47 Son xəbər A A

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada yeni atəşkəs elan etməyi təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə cümə günü Belarus xalqına və parlamentinə müraciətlə danışıb.

“Mən Ukraynada hərbi əməliyyatların dayandırılmasını təklif etmək riskinə girməyə çalışacağam. Lakin bu atəşkəs ordu və texnikanın yenidən qruplaşdırmaq hüququ olmadan baş tutmalıdır”, - deyə Lukaşenko söyləyib.

Yəni əslində Belarus prezidenti bununla Rusiyanın işğal etdiyi torpaqların əlində qalmasını istəyib. Bu isə Kremlin ən çox arzuladığı variant sayılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR