İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Kiyev uğrunda savaşı uduzdu -Şahin Cəfərlinin şərhi

2106 03.04.2022 02:38 Analitika A A

"Rusiya Kiyev uğrunda savaşı uduzdu".

Musavat.com xəbər verir ki, bu fikirləri tanınmış politoloq Şahin Cəfərli özünün Facebookdakı səhifəsində yazıb.

Hər zaman soyuq və dürüst təhlilləri ilə fərqlənən politoloqun şərhinin davamı aşağıdakı kimidir:

"Rus ordusu fevralın 24-dən bəri gedən şiddətli döyüşlərdə çox ağır itkilərə məruz qalaraq, döyüş qabiliyyətini itirib, geri çəkilmək zorunda qaldı.

Ukrayna ordusu Kiyev ətrafında Rusiyanın adlı-sanlı, elit hərbi birləşmələrini və kadırovçu kriminal şaykanın ünsürlərini darmadağın etdi.

Ukraynada müharibə bu tarixdə bitəcək? - FOTO

Amma işğalçılar Kiyev vilayətindəki balaca, sakit, gözəl şəhərləri xaraba qoydular və dinc sakinləri gülləbaran edərək insanlığa qarşı ağır cinayətlər törətdilər. Rus ordusunun buraxdığı izlər Hitler faşizminin bu ərazidəki cinayətlərini də kölgədə qoyaraq 1240-cı il monqol istilasını xatırladır.

13_main.jpg (124 KB)

Ukrayna xalqı bunu unutmayacaq.

Bu savaş iki dövləti və xalqı bir daha bir araya gəlməyəcək şəkildə ayırdı. Rusiya bəlkə Donbas ərazisini qopara bilər, amma Ukraynanı tamamilə, birdəfəlik itirdi. Halbuki Putin bu savaşı Donbasın qalan hissəsini də almaq üçün yox, bütün Ukraynanı tabe etdirmək niyyəti ilə başlatmışdı.

1-40-780x450.jpg (39 KB)

Şahin Cəfərli

Ukrayna müharibəsi Rusiyanın sərt gücünün çəkindiriciliyini xeyli azaltdı, hansı ki, rus diplomatiyası məhz bu amilə əsaslanaraq nəticə alırdı. Bütövlükdə Rusiyanın beynəlxlaq nüfuzu ağır yara aldı, artıq 24 fevral 2022-ci ildən əvvəlki Rusiya və 24 fevral 2022-ci ildən əvvəlki dünya yoxdur".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR