İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Kamil Zeynallını Ermənistana təhvil verə bilərmi? HÜQUQŞÜNASIN ŞƏRHİ

3638 21.02.2024 11:28 Gündəm A A

Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı "Domodedovo" hava limanında saxlanılıb.

O, bu barədə sosial şəbəkədə video paylaşaraq məlumat verib. Kamil Zeynallı qeyd edib ki, saxlanılmasına səbəb Ermənistanın onu beynəlxalq axtarışa verməsidir. O, Ermənistana təhvil veriləcəyini də istisna etməyib. 

Kamil Zeynallı 21.02.2024 tarixində (bu gün) məhkəməyə çıxarılacağını bildirib və Azərbaycandan kömək istəyib. 

Rusiya Kamil Zeynallını Ermənistana təhvil verə bilərmi?

Hüquqşünas Əkrəm Həsənov Musavat.com-a açıqlamasında bildirdi ki, Kamil Zeynallını Ermənistana təhvil verməyəcəklər:

"Bəli, istənilən dövlət istənilən şəxsi beynəlxalq axtarışa verə bilər, yəni sistemə sala bilər. Azərbaycan vətəndaşlarının 99 faizi öz sosial media hesablarında ermənilər haqda nəsə yazır, ermənilər də Azərbaycan haqda yazırlar. Onların hamısını axtarışa vermək qeyri-mümkündür. 100 faiz əminəm ki, Rusiya məhkəməsi Kamil Zeynallını sərbəst buraxacaq.

Dövlət səviyyəsində Rusiya dövləti ilə danışmaq lazımdır ki, axtarışa verilən şəxsləri öz sisteminizə qəbul edəndə heç olmasa axtarışın səbəbini öyrənin. Biri var, kimsə bir ermənini xaricdə öldürüb, döyüb və s. Kamil Zeynallı ilə bağlı belə bir durum yoxdur. Bu halda onu saxlamamalıdırlar.

Kamil Zeynallı üçün təhlükə görməsəm də, bu, vətəndaş üçün, onun yaxınları üçün stressdir. Rusiya heç vaxt Kamil Zeynallını Ermənistana təhvil verməz. Siyasi cəhətdən də Rusiya bunu etməz. Rusiyanın Azərbaycanla münasibətləri qat-qat yaxşıdır, nəinki Ermənistanla. 

Sizin vasitənizlə Rusiya ilə bağlı vətəndaşlara müraciət edirəm. Rusiya-Ukrayna münasibətləri ilə bağlı yazanlar ehtiyatlı olsunlar. Rusiyaya gedəndə sizi buna görə saxlaya bilərlər. Çünki Rusiya qanunvericiliyi sərtləşib. Adi bir sözə görə hətta Rusiya vətəndaşlarını həbs edirlər. Ona görə də kimsə nəsə yazıb sonra Rusiyaya gedirsə, ehtiyatlı olsun".

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR