İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə ABŞ müharibə etsə, kim qazanar - hərbi ekspertin şok izahı

3316 08.05.2022 12:20 Gündəm A A

Rusiya-Ukrayna müharibəsində NATO ölkələri  Kiyevə hərbi dəstək verir. ABŞ və NATO liderləri dəfələrlə Rusiya ilə müharibə etmədiklərini və döyüşmək niyyətində olmadıqlarını bəyan etsələr də, yəqin ki, birbaşa hərbi toqquşma təhlükəsini istisna etmək olmaz.  Rusiyalı hərbi ekspert Yevgeni Linin potensial düşmən kimi ABŞ-ın Rusiya ilə müqayisəli hərbi potensialını qiymətləndirib.  

 “ABŞ Hərbi Dəniz Qüvvələrini haqlı olaraq dünyanın ən güclüsü hesab etmək olar. Onun 10 nüvə mühərrikli təyyarədaşıyan gəmisi var və bütün okeanlarda, eləcə də Yaxın Şərqdə yerləşir. Böyük ölçüdə  ABŞ donanması sayəsində maliyyə sistemini son onilliklər ərzində sabit saxlayıb, çünki təyyarədaşıyanlar müəyyən mənada təkcə əsas dəniz yollarına deyil, həm də neftin qiymətinə nəzarət edirlər. Rusiya Hərbi Dəniz Qüvvələrində isə yalnız bir təyyarə daşıyan kreyser var: "Admiral Kuznetsov". O da hazırda təmirdədir” deyə, ekspert bildirib.

gem5.jpg (154 KB)

Ekspertin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş arsenalına 1 və ya daha çox təyyarədaşıyan gəmilər, eləcə də uzaq mənzilli qanadlı raketlərlə silahlanmış “Tikonderoqa” sinifli idarə olunan raket kreyserləri kimi müşayiət gəmiləri daxildir. Gəmilərə “İdjis” radar aşkarlama və hədəf izləmə sistemi də daxildir.  “Arle Berk” isə parametrlərinə görə ən qabaqcıl döyüş gəmiləridir, göyərtəsində ən təsirli raketlər var. Onlar həmçinin “İdjis” qlobal raketdən müdafiə sisteminin bir hissəsidir. Zərbə qruplarına  təyyarə gəmilərini qoruyan  sualtı qayıqlar da daxildir. ABŞ-ın okean sularında patrulluq edən və “Minitmen III” kimi uzaqmənzilli ballistik raketlər daşıyan strateji sualtı qayıqları da var. ABŞ Hərbi Dəniz Qüvvələrinə həm də dəniz piyadaları korpusu daxildir ki, bu, bəlkə də bütün dünyada fəaliyyət göstərə bilən ən effektiv hərbi birləşmələrdən biridir”.

gem4.jpg (35 KB)

Ekspertə görə, ABŞ-ın hərbi aviasiyası əsasən, “B-52” təyyarələri ilə təmin olunub. Bu, 50-60-cı illərdən bəri ölkənin hərbi arsenalında olan ağır bombardmançıdır: ““B-52”mütəmadi olaraq təkmilləşdirilir, həm nüvə, həm də adi bombaları, eləcə də müxtəlif təyinatlı idarə olunan raketləri daşıya bilir. Onlar əsasən, düşmən ərazisini bombalamaq üçün istifadə olunur. ABŞ “B-52”dən Əfqanıstanda, İraqda və  iştirak etdiyi demək olar ki, bütün münaqişələrdə istifadə edib. Radardan yayınma  qabiliyyətinə malik gizli texnologiyadan istifadə edərək hazırlanmış daha müasir təyyarələr isə “B-2” bombardmançılarıdır. Təyyarələr çox bahadır. Onların xüsusən, Rusiya və Çin kimi rəqiblərə qarşı effektiv istifadəsi şübhəlidir. Çünki bütün müsbət cəhətləri ilə onların radardan tam “görünməzliyi” yoxdur. Qırıcı aviasiyada da, əlbəttə ki, ABŞ liderdir. ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında 180-dən çox beşinci nəsil “F-22” qırıcılar var. Dünyanın heç bir ölkəsində bu qədər sayda qırıcı təyyarə yoxdur. “F-35”- də  5-ci nəsil taktiki qırıcılar sinfinə aiddir. ABŞ onlar müxtəlif ölkələrə göndərir. NATO ölkələrində onların ümumi sayı 700-ə yaxındır”. 

gem2.jpg (60 KB)

Hərbi  ekspert deyir ki, Rusiyada isə indiyədək  5-ci nəsil təyyarələrin yalnız sınaq partiyası  istehsala buraxılıb, təxminən 10 ədəd “Su-57”. Qalan təyyarələr yaxşı olsa da, 4+ nəslinə aiddir. Bunlar “Su-30SM”, “Su-34”, “Su-35S”-dir”.

Onun sözlərinə görə, Fransa aviasiyası da  texnologiya baxımından ABŞ-dan çox da geri qalmır: ““Qiymət-keyfiyyət” meyarına görə fransız “Rafal” qırıcılarını da qeyd etmək olar. Onların “F-35” ilə müqayisə edilə bilər, lakin istehsalı daha ucuzdur. Eyni zamanda, onlar xarici tanklarla olsa da, hədəfləri aşkar etmək və izləmək üçün çox güclü sistemlərə, yüksək dəqiqlikli uzaqmənzilli raketlərə və kifayət qədər uçuş məsafəsinə malikdirlər”.

gem1.jpg (534 KB)

Yevgeni Linin deyib ki, pilotsuz təyyarələr sahəsində də ABŞ öndə sayıla bilər: “Söhbət hücum və kəşfiyyat pilotsuz təyyarələrindən gedirsə, o zaman yenə də birincilik ABŞ-a məxsusdur. “Predator” və “Raptor” uzaqmənzilli kəşfiyyat və zərbə dronları  müxtəlif dalğa uzunluğu diapazonlarında hədəfləri aşkarlayır. Onların proqram təminatı süni intellektin elementlərindən istifadə edir. Yəni kompüter bütün kəşfiyyat məlumatlarını tanınan şəkilə endirir, ona görə vəziyyəti qiymətləndirir və hədəfin bu və ya digər silahla məhv edilməsi barədə qərar qəbul edir. Rusiya ordusunda isə bir neçə min kiçik kəşfiyyat  dronları var. Bir ton çəkisi olan bir neçə ağır kəşfiyyat və zərbə “Orion” pilotsuz uçan aparatlar da var. Onların kütləvi istehsalı Moskva bölgəsində yenicə inkişaf edir.  

gem.jpg (165 KB)

Artıq hər kəs türk “Bayraktar”larını tanıyır. "Qiymət-keyfiyyət" meyarına görə, onlar effektivliyini sübut etdilər. Və biz görürük ki, son illərin bütün silahlı münaqişələri onlarsız keçə bilməz. Postsovet məkanı dövlətlərinin orduları onlarla yaxşı tanışdır, çünki bu pilotsuz təyyarələr onlarla xidmətdədir. Xüsusilə, Qırğızıstan, Azərbaycan və Ukraynada var”. 

“Rusiyanın Qərbin arsenalına qarşı çıxacağı nəyisə  varmı” sualına ekspert belə cavab verib: “Əlbəttə. Son illər Rusiya yüksək dəqiqlikli silahların yaradılmasında ciddi irəliləyiş əldə edib. Bu, məsələn, "Kalibr". Hipersəs silahlarının inkişafında danılmaz irəliləyişlər var. Bu, "Zirkon" və "Xəncər"dir””.

Orxan ƏLİYEV, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR