İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Gürcüstanın enerji bazarını “işğal” edir

854 14.11.2023 17:58 Dünya A A

2023-cü ilin yanvar-oktyabr aylarında Rusiyadan Gürcüstana tədarük olunan mayeləşdirilmiş təbii qazın (LNG) həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43,1 faiz artıb.

Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları İttifaqı məlumat yayıb. Məlumatda qeyd olunur ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya Federasiyasından Gürcüstana maye qaz idxalı 47,8 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 min ton, yəni 43,1 faiz çoxdur. Bu isə o deməkdir ki, Gürcüstan LNG-nin 99,6 faizini Rusiyadan alır.

Birliyin məlumatına görə, bu ilin 10 ayı ərzində neft bitumunun idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq 90,6 min ton təşkil edib. Bitumun da böyük hissəsi Rusiyadan tədarük edilib - 46,8 faiz. Ondan sonra İraq (36,2 faiz), Türkiyə (14,7 faiz), Azərbaycan (2 faiz) və Türkmənistan (0,1 faiz) gəlir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR