İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya FTX ukraynalı agenti zərərsizləşdirib - DETALLAR

467 19.02.2024 13:19 Dünya A A

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) terror aktının qarşısını alıb. Belə ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) agenti Zaporojye siyasətçilərindən birinə qarşı terror aktı hazırlayırmış. Departamentin mərkəzi idarəetmə mərkəzinin yaydığı məlumata görə, terror aktı əldəqayırma partlayıcıdan istifadə edilməklə həyata keçirilməli imiş.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

"Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən işə götürülən və 2024-cü il seçki dövrü ərəfəsində Zaporojye vilayətinin siyasi xadimlərindən birinə qarşı terror aktı hazırlayan Rusiya vətəndaşı Vitali Dyatlenkonun fəaliyyəti aşkar edilib və qarşısı alınıb. Terror aktının əldəqayırma partlayıcı qurğudan istifadə edilərək həyata keçirilməsi planlaşdırılıb, fəaliyyətləri UTX əməkdaşları koordinasiya edib və diversantı partlayıcılarla təchiz ediblər. Vitali Dyatlenkonu saxlamağa cəhd edərkən o, təhlükəsizlik əməkdaşlarına silahlı müqavimət göstərib və nəticədə zərərsizləşdirilib. Mülki əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki yoxdur", - deyə FTX qeyd edib.

Məlumata görə, hadisə yerinə baxış zamanı 1 ədəd "Makarov" tipli tapança, onun üçün patronlar və işlənmiş patronlar aşkar edilib. Hazırda kompleks əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir. Cinayət işinin başlanması məsələsi həll edilir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR