İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistana yeni silahlar GÖNDƏRDİ: Hazırlıq gedir - CANLI

1498 16.01.2024 15:55 Son xəbər A A

Rusiya silahlarından ibarət yük artıq Ermənistandadır. “Azadlıq” radiosunun Ermənistan bölməsinə müsahibəsində hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, müdafiə nazirinin sabiq müavini general-leytenant Qaqik Melkonyan bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda hərbi təyinatlı məhsullar gətirilib və onlar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistan tərəfinə verilib. O, söhbətin hansı silahlardan getdiyini dəqiqləşdirməyib.

Rəsmi İrəvan Asiya və Hindistan məhsullarının Ermənistan üzərindən Avropa bazarına daşınacağına ümid edir. Ermənistan rəsmiləri bu məqsədlə tez-tez Hindistan rəsmiləri ilə görüşür, fikir mübadiləsi aparırlar. Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın sözlərinə görə, Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması nəzərdə tutulur. “Məqsədimiz Hindistanın Mumbay limanından Ermənistana malların daşınmasıdır” deyən erməni nazir bu ilin may ayına qədər bütün məsələləri həll edəcəyini bildirib.

Bu rəsmi İrəvanın istəyidir. Halbuki, İran və Hindistanın rəsmi İrəvanla tərəfdaşlığına baxmayaraq, bu ölkələr Ermənistan marşrutu ilə bağlı yekun qərar verməyiblər. Digər tərəfdən İran və Hindistanın əsas tərəfdaşlarından biri - Rusiya Ermənistan marşrutunun seçilməsində maraqlı deyil. Çünki İran və Hindistan Ermənistan marşrutunu seçərlərsə Rusiya nəqliyyat dəhlizindən kənarda qalacaq. Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçməsində maraqlıdır.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla söhbətində Ermənistanın silahlandırılmasını müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR