İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya dünənki TERRORdan sonra buna görə “susur” - Hərbi ekspert AÇIQLADI

2244 12.04.2023 12:37 Gündəm A A

“Ermənistanın şərti sərhədlərimizdə törətdiyi təxribatlar artıq son həddir. Bu, irimiqyaslı, planlaşdırılmış, qəsdən törədilmiş bir terror əməlidir. Təbii ki, sərt şəkildə qarşısı alındı”.  

Bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert Alp Arslan İmamqulu deyib.

f5b5977c8df472c20922b707ddc72df1.jpg (47 KB)

Ekspert bildirib ki, bundan sonra da lazımi addımlar atılacaq:

“Bu təxribatların arxasında bir sıra dövlətlər var ki, həm güneyimizdə, həm quzeyimizdə olan ölkələrin maraqlarına xitab edir. Rusiyanın susqunluğu o demək deyil ki, bu təxribata heç bir şəkildə daxil deyil. Rusiya proksi fəaliyyət olaraq İranın arxasında durub, İran vasitəsilə Ermənistana dəstək verir. Ermənistan diviziyalarının bir çox təchizatı Rusiya tərəfindən təmin olunur. Bu əməliyyatlarda İran tərəfindən istehsal olunan PUA-lardan istifadə olunması bizə qarşı törədilmiş hərbi cinayətdir. Təbii ki, bundan sonra adekvat tədbirlər olaraq birə yüz mislində cavab verilməlidir ki, növbəti təxribatlar törədilə bilməsin”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR