İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Dneprin sağ sahilini də itirir?  

1021 13.11.2023 15:27 Dünya A A


Rusiyanın dövlət xəbər agentlikləri "TASS" və "RİA Novosti" Müdafiə Nazirliyinə istinadən Moskva vaxtı ilə təxminən saat 11.00-da “qoşunların Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürülməsi” barədə xəbərlər dərc ediblər.

Faktiki olaraq, bu cür formular qoşunların geri çəkilməsi halında işlədilir. Çünki bu, keçən il də Xarkov yaxınlığında və Xersondan geri çəkilmə zamanı eyni ifadələrdən istifadə olunmuşdu.

Musavat.com xəbər verir ki, “Azadlıq” radiosunun Rusiya bölməsi (Radio Svoboda) bu xüsusata diqqət çəkərək məlumat yayıb.

Verilən informasiyaya görə, bir neçə dəqiqə sonra agentliklər həmin yayılan xəbəri siliblər. “13 noyabr 2023-cü il saat 10.50-də dərc edilmiş “Dnepr qoşun qrupu daha əlverişli mövqelərə köçürüləcək” başlıqlı xəbər artıq ləğv olunub”,- deyə “RİA Novosti” saytında buna izahat gətirilməyə çalışılıb.
Halbuki silinən informasiyada bu cümlələr yer almışdı: "Mövcud vəziyyəti qiymətləndirərək, Dnepr qrupunun komandanlığı qoşunları Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürmək qərarına gəlib”.
Müdafiə Nazirliyi isə Rusiya hərbi idarəsinin mətbuat mərkəzi adından guya məlumat göndərilməsini “təxribat” adlandırıb. Mesajı kimin göndərdiyi bəlli deyil.

Qeyd edək ki, son həftələrdə Ukrayna hərbçilərinin Xerson vilayətində bir sıra yerlərdə Dnepr çayını keçə bildiyi bildirilir. Hazırda Krınki kəndində şiddətlidöyüşlər gedir. Analitiklərin təsbitinə görə, son günlər Ukrayna hərbçiləri plasdarmı daha da genişləndirməyə müvəffəq olublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR