İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya daha bir ölkədən yumurta idxalına başlayır

951 15.03.2024 19:19 Dünya A A

İran 20 gün ərzində toyuq yumurtasının ilk partiyasını Rusiyaya çatdırmağı planlaşdırır.

Musavat.com-un xəbərinə görə, bu barədə İran Quşçular İttifaqının sədri Həmid Rza Kaşani məlumat verib.

O, İranın Gənc Jurnalistlər Klubu agentliyinə müsahibəsində deyib:

"Biz ilk dəfədir ki, Rusiyaya yumurta ixrac edirik. İran yumurtasının ilk partiyasının 20 gün ərzində Rusiya Federasiyasına çatması gözlənilir".

Kaşaninin sözlərinə görə, oktyabr ayında yumurta ixracına qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra xaricə satışlar indi normallaşıb və 130 min tona çatıb.

2023-cü ilin dekabr ayında Rusiyada toyuq yumurtasının qiymətləri "Rosstat"a görə, əvvəlki ayla müqayisədə 18 faiz, 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 61,35 faiz artıb. Eyni zamanda, "Rosstat"ın martın 6-da verdiyi məlumata görə, ilin əvvəlindən Rusiyada toyuq yumurtasının qiyməti 2,95 faiz ucuzlaşıb. Fevralın 1-də "Rosselxoznadzor" 2024-cü ilin yanvarında Belarus, Azərbaycan və Türkiyədən Rusiyaya 78 milyondan çox yumurta idxal edildiyini bildirib.

Qeyd edək ki, ötən ilin payızından Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2024-cü ilin ilk rübündə ölkədə yerli istehsalın artması hesabına yumurta idxalına tələbatın azalacağını proqnozlaşdırmışdı. Belə görünür ki, Rusiyada yumurta istehsalı sahəsində problemlər həll olmaq əvəzinə daha da dərinləşir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR