İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Çin və Özbəkistan bazarını Türkmənistanın əlindən almağa çalışır - Aşqabaddan sərt reaksiya

1918 14.08.2023 13:42 İqtisadiyyat A A

Türkmənistan Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevskinin yeni bəyanatına sərt şəkildə etiraz edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, rəsmi Aşqabad bu etirazını “Türkmənqaz” dövlət konserninin sədr müavini Murad Arçayevin dilindən səsləndirib.

Arçayev Rusiya Federasiyasının Qazaxıstan və Özbəkistanla qaz ittifaqının genişləndirilməsinə icazə verən bəyanatından ciddi narahat olduqlarını dilə gətirib.

Qeyd edək ki, avqustun 11-də bir sıra kütləvi informasiya vasitələrində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevskinin iştirakı ilə “üçlü qaz alyansı” ilə bağlı bəyanat yayılıb. Biriçevskinin sözlərinə görə, Rusiya “qaz sahəsində üçtərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını” istisna etmir və “başqa dövlətlərin də buna maraq göstərdiyini” bilir.

“Cənab Biriçevskinin bəyanatı ən azı bir neçə sual doğurur. Söhbət hansı “genişlənmə imkanlarından”, hansı “digər dövlətlər”in buna maraq göstərməsindən gedir və qaz sahəsində “üçtərəfli əməkdaşlığın” arxasında, prinsipcə, nə dayanır? Rus diplomatın istifadə etdiyi dil bu suallara cavab vermir”, - deyə Arçayev öz şərhində bildirib.

O xatırladıb ki, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Çin uzun müddətdir ki, təbii qazın Orta Asiyadan Çin Xalq Respublikasına nəqli üzrə “açıq razılaşdırılmış həcmlər, şərtlər, iqtisadi və texniki parametrlərlə” əməkdaşlıq edirlər.

“Həmin anlaşmaya görə, boru kəmərini doldurmaq üçün başqa ölkələrdən qaz mənbələri təmin edilmir və Çinə verilən qaz həcmlərinin bölüşdürülməsi üçün mövcud sxem Türkmənistan-Çin qaz kəməri layihəsinin iştirakçılarının siyahısını genişləndirmək planlarını nəzərdə tutmur.

Mövcud infrastrukturdan istifadə etməklə, razılaşdırılmış və rəsmiləşdirilmiş qaz tədarükü həcmlərində və sxemlərində hər hansı dəyişiklik istisnasız olaraq bütün iştirakçılar tərəfindən əvvəlcədən razılaşdırılmalıdır. Bu arada Türkmənistanla bu məsələ ilə bağlı məsləhətləşmə aparılmayıb. Bu cür yanaşma Türkmənistan tərəfi üçün anlaşılmaz və qəbuledilməzdir, ölkəmiz tərəfindən beynəlxalq hüquq normalarına və qaz sahəsində təcrübəyə zidd hesab olunur”, - deyə Murad Arçayev bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR